Satılır 2 otaqlı yeni tikili 64 m², Əhmədli m.
Əhmədli metrosunun yaxınlığında, 19 mərtəbəli müasir yaşayış binasının 12-ci mərtəbəsində yerləşən bu 2 otaqlı mənzil premium səviyyədə, zövqlə və keyfiyyətli materiallarla təmir olunub. Təmirdən sonra yaşayış olmayıb və tam hazır vəziyyətdə yeni sahibini gözləyir.
Mənzil yüksək komfort üçün bütün şəraitlə təmin edilib. İstilik sistemi kombidir. Hamam, koridor və mətbəx isti pol sistemi ilə təchiz olunub.
Sənədi kupçadır və ipotekaya yararlıdır. Mənzildə qeydiyyatda heç kim yoxdur və alqı-satqı günü dərhal təhvil veriləcək.
Balkon və pəncərələr əsas yola baxır, önü açıqdır. Mənzil işıqlı və genişdir.
Binada yeraltı qaraj və iki sürətli, müasir lift mövcuddur. Ətrafında məktəb, marketlər, restoranlar və bütün iaşə obyektləri yerləşir. Metroya cəmi 5 dəqiqəlik məsafədədir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Ofis haqqı 1%-dir..

















































































































































